Azedu.az

Rzeszow Universitetinin nümayəndəsi Azərbaycan Universitetində olub

Universitetlər

17 Aprel 2026, 14:04
Rzeszow Universitetinin nümayəndəsi Azərbaycan Universitetində olub

Polşanın Rzeszow Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin tələbə və müəllim mübadiləsi üzrə məsul nümayəndəsi Aleksandra Dańczyszyn “Staff Training Mobility” proqramı çərçivəsində Azərbaycan Universitetində səfərdə olub. Səfərin məqsədi təcrübə mübadiləsi və əməkdaşlıq istiqamətlərinin şaxələndirilməsinin müzakirəsi olub.

AzEdu.az xəbər verir ki, qonaq mütəxəssis səfər müddətində Beynəlxalq əlaqələr şöbəsinin fəaliyyəti, tələbə və heyətin mübadilə mexanizmləri, universitetin kitabxanası və digər infrastruktur imkanları ilə tanış olub, müvafiq struktur bölmələrdə iş prosesini müşahidə edib.

Aleksandra Dańczyszyn səfər çərçivəsində Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Sevlan Qurbanova ilə görüşüb, həmçinin elmi işlər üzrə prorektor Yusif Qasımovun qəbulunda olub. Görüşlərdə tələbə və akademik heyət mübadiləsi və yeni əməkdaşlıq stiqamətləri üzrə fikir mübadiləsi aparılıb. Tərəflər universitetlər arasında əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını ifadə ediblər.

Səfərin sonunda elmi işlər üzrə prorektor Yusif Qasımov tərəfindən qonaq mütəxəssisə proqramda iştirakına dair müvafiq sertifikat təqdim olunub.

Rusiya bu ölkəyə qarşı HÜCUMA BAŞLADI: NATO qoşunları hərəkətə keçdi
Son xəbərlərDaha çox