Azedu.az

Məktəblərdə “Günün qalibi” layihəsi həyata keçirilir

Xəbərlər

17 Aprel 2026, 11:33
Məktəblərdə “Günün qalibi” layihəsi həyata keçirilir

Qazax–Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində “Günün qalibi” layihəsi çərçivəsində şagirdlərin riyazi bacarıqlarının inkişafına yönəlmiş gündəlik 5 dəqiqəlik təkrarlar təşkil olunur.

AzEdu.az xəbər verir ki, idarədən verilən məlumata görə, layihənin əsas məqsədi şagirdlərdə riyazi əməllər üzrə sürət, dəqiqlik və məntiqi düşünmə bacarıqlarını gücləndirmək, eyni zamanda onların dərsə marağını artırmaqdır.

Hər gün fərqlənən şagirdlər “Günün qalibi” seçilir və bu istiqamətdə məktəblər tərəfindən həvəsləndirici tədbirlər həyata keçirilir.

TƏCİLİ! Rusiyada panika yaşanır - Dəmiryol stansiyası partladıldı
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox