Azedu.az

“İZ Community”nin təşkilatçılığı ilə təhsil sərgisi - “Study in Kazakhstan”

Xəbərlər

17 Aprel 2026, 14:40
“İZ Community”nin təşkilatçılığı ilə təhsil sərgisi - “Study in Kazakhstan”

Azərbaycanın qabaqcıl, netvorkinq, tədbir platforması və media resursu olan “İZ Community” növbəti genişmiqyaslı layihəsini təqdim edir. 

2 may 2026-cı il tarixində, saat 11:00-dan 20:00-dək "Landmark Rotunda Hall"da gənclərin gələcək təhsil seçimlərinə dəstək məqsədilə genişmiqyaslı təhsil sərgisi baş tutacaq. Tədbir “İZ Community” – tərəfindən “Study in Kazakhstan” layihəsi çərçivəsində təşkil olunur.

Hər kəs üçün əlçatanlığı təmin etmək məqsədilə sərgiyə giriş tamamilə sərbəstdir və qeydiyyat tələb olunmur. Ziyarətçilər heç bir öncədən qeydiyyat olmadan tədbirə qatıla və universitet nümayəndələri ilə birbaşa ünsiyyət qura bilərlər.

Sərgidə nələr gözlənilir?

Tədbir beynəlxalq təhsil miqyasını bir məkanda birləşdirir.

Beynəlxalq Universitetlər: Qazaxıstandakı Britaniyanın nüfuzlu Cardiff University ilə yanaşı, Qazaxıstanın 20-dən çox aparıcı ali təhsil müəssisəsi (Əl-Fərabi adına Qazax Milli Universiteti, L.N.Qumilyov adına Avrasiya Milli Universiteti, Turan Universiteti və s.) təmsil olunacaq.

Yerli Liseylər: Ölkəmizin qabaqcıl liseyləri öz innovativ təhsil proqramlarını və üstünlüklərini nümayiş etdirəcəklər.

Brendlər və Tərəfdaşlar: Təhsil, karyera və fərdi inkişaf sahəsində fəaliyyət göstərən yerli brendlər öz xidmətləri ilə iştirakçıların ixtiyarında olacaqlar.

Tədbirin əhəmiyyəti:

“Beynəlxalq təhsil evinizə daha yaxın” şüarı ilə keçirilən bu sərgi, xaricdə təhsil imkanlarını Azərbaycan gəncləri üçün daha yaxın etməyi hədəfləyir. Şagirdlər, tələbələr və valideynlər təqaüd proqramları, qəbul şərtləri və karyera perspektivləri barədə ətraflı məlumatı birinci əldən əldə edə bilərlər.

Rusiya bu ölkəyə qarşı HÜCUMA BAŞLADI: NATO qoşunları hərəkətə keçdi
Son xəbərlərDaha çox