Azedu.az

Sürətli Günəş küləyi Yerə yaxınlaşır: Maqnit fırtınası gözlənilir

Xəbərlər

17 Aprel 2026, 11:56
Sürətli Günəş küləyi Yerə yaxınlaşır: Maqnit fırtınası gözlənilir

Günəşdəki koronal dəlikdən qaynaqlanan və Yerə doğru hərəkət edən sürətli günəş küləyi axını səbəbindən yaxın 24 saat ərzində geomaqnit fırtınaları başlayacağı proqnozlaşdırılır.

AzEdu.az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu xəbərdarlığı Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyası, eləcə də qurumun Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutu edib.

"Proqnozlara əsasən, günün sonunadək Günəşin iri tac dəliyindən çıxan sürətli külək axını Yer kürəsinə daxil olacaq və nəticədə 2-3 gün davam edəcək qeyri-sabit geomaqnit vəziyyəti yaranacaq. Planetimiz təqribən bir həftə müddətində bu sürətli axının təsiri altında qalacaq. Lakin ən kəskin reaksiyanın ilk iki gündə - şənbə və bazar günlərində baş verəcəyi, Yerin yeni xarici şəraitə adaptasiya olunaraq ən yüksək qeyri-sabitlik mərhələsindən keçəcəyi ehtimal edilir. Gözlənilir ki, bazar ertəsi maqnit sahəsi yenidən xarici mühitlə balanslaşacaq və geomaqnit fırtınasının ən aktiv dövrü yekunlaşacaq", - deyə açıqlamada bildirilir.

Ölkə bu xəbərlə SİLKƏLƏNİR: Baş nazirin GİZLİ MİLYONLARI ifşa edildi
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox