Azedu.az

“Tarixdə bu gün”- Daxili Qoşunlar Günüdür

Xəbərlər

12 Mart 2025, 09:00
“Tarixdə bu gün”- Daxili Qoşunlar Günüdür

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

12 mart harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.

 

12 mart Daxili Qoşunlar Günüdür:

 

1991-ci ilin dekabrında sabiq SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bakıda yerləşən 5-ci diviziyası buraxılıb və heyəti 2500 nəfərdən ibarət olan üç hərbi hissə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyinə verilib. Həmin vaxtdan Azərbaycan Daxili Qoşunları Biləcəri qəsəbəsindəki hərbi hissənin əsasında yaradılmasına başlanıb. Daxili Qoşunların Azərbaycan Daxili İşlər Nazirliyinin müstəqil strukturu kimi yaranması və formalaşması ölkəmizin çox çətin bir dövrünə təsadüf edib.

 

Ümummilli lider Heydər Əliyevin 1995-ci il 9 mart tarixli Fərmanına əsasən 12 mart - Daxili Qoşunlar Günü elan olunub.

 

12 mart Ümumdünya Qlaukoma Günüdür:

 

Ümumdünya Qlaukoma İctimai Birliyinin (WGA) və Ümumdünya Qlaukoma Xəstələri Birliyinin təşəbbüsü ilə yaradılan Ümumdünya Qlaukoma Günü 2008-ci ildən etibarən hər il martın 12-i bütün dünyada qeyd olunur. 

 

Bu günün əsas məqsədi əhalinin geniş kütləsinə qlaukoma xəstəliyinə qarşı mübarizəyə yönəlmiş məlumatları çatdırmaqdır. Hazırda qlaukoma korluğa və zəif görməyə səbəb olan əsas xəstəliklərdən biridir. Dünyada qlaukoma xəstələrinin sayı 100 milyona qədər çatmaqdadır. Gözün birneçə xəstəliklərinin ilkin mərhələsi tamamilə simptomsuz keçir. Və onlardan biri də qlaukomadır. Bu xəstəlik 40 yaşdan yuxarı insanlarda yaşla əlaqəli olan təbbi fizioloji preseslə, görmə qabiliyyətinin tədricən azalması ilə inkişaf edə bilir. Qlaukoma xəstəliyi insanın öz sağlamlığına ciddi yanaşmasını və daima həkim müayinəsindən keçməyi tələb edir.

 

12 mart 1906-cı ildə Xalq Şairi Süleyman Rüstəmin doğum günüdür:

 

1938-ci ildən sonra bütün çağırışlarda Azərbaycan SSR Ali Sovetinə deputat olub. Azərbaycan Dövlət Akademik Dram Teatrının direktoru, "Ədəbiyyat qəzeti"nin baş redaktoru işləyib. “Cənub şeirləri” ilə daha çox tanınır.

 

12 mart 1854-cü ildə Azərbaycanın xalq qəhrəmanı Qaçaq Nəbi anadan olub:

 

Uşaqlıqda çoban, sonralar muzdur olan Nəbi kəndlilərin torpaqlarını tutmaq istəyən yerli mülkədarlara müqavimət göstərdikdən sonra qaçaq düşüb.1875-ci ildən Zəngəzur qəzasında çar hökumətinə qarşı 20 il mübarizə aparıb.1897-ci ildə Şah Hüseyn və Kərbəlayi İman Qaçaq Nəbini xaincəsinə qətlə yetiriblər.Xalq öz qəhrəmanının şərəfinə dastanlar yaradıb, mahnılar qoşub.      

Rusiya hücumu dayandırdı-ələ keçirilən ərazilər itirildi
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox