Azedu.az

Azərbaycanda Niderland təhsil modelinə uyğun tədqiqat aparılmalıdır

Xəbərlər

Xaricdə təhsil

Müəllimlər və elm adamları

27 Fevral 2025, 11:02
Azərbaycanda Niderland təhsil modelinə uyğun tədqiqat aparılmalıdır

“Hazırda Niderland hökuməti, milli universitetləri bitirən xarici vətəndaşları ölkənin əmək bazarına cəlb etmək üçün tədbirlər planı hazırlayıb”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında iqtisad elmləri doktoru, professor Zahid Məmmədov bildirib.

 

“Avropanın ən güclü ölkələrindən biri olan Niderland, ali təhsil üzrə beynəlxalq əməkdaşlıq təşkilatının nümayəndələrinə görə, qəbul olunmuş plan ölkə iqtisadiyyatına və təhsil sisteminə əhəmiyyətli dəstək verəcək. Lakin burada problem var. Niderland uzun müddət ingilis dilində təhsil proqramları hazırlayıb, bu da ölkəyə xaricdən böyük tələbə axınına səbəb olub. Tələbələr ingilis dili üzrə məzun olsa da, daxili bazarda işləmək istədikdə təəssüf ki, iş tapa bilmirlər.

 

Məlum olur ki, məzunlar mükəmməl ingilis dili bilsələr də, Niderland dilini bilmirlər. Yəni xaricdən gələn tələbələr ingilis dili üzrə təhsil alır, lakin Niderland dili biliyi yoxdur. Nəticədə xaricdən gələnlər Niderlandda iş tapa bilmirlər. Niderland hökuməti deyir ki, “o zaman ingilis dili üzrə tədris proqramlarını azaldacam və daxili əmək bazarının inkişafına dəstək olacağam”.

 

Həqiqətən də ingilis dili bilən tələbələr Niderland dilində zəifdirlər. Bu səbəbdən, əcnəbi məzunların yarıdan çoxu Niderland dilini bilmədikləri və əmək bazarında iş tapa bilmədikləri üçün ölkəni tərk edirlər.

 

Düşünürəm ki, hökumətin yeni təşəbbüsü istedadlı məzunları yeni korporasiyalara cəlb edəcək və əhalinin demoqrafik inkişafına dəstək olacaq. Hesab edirəm ki, Azərbaycanda da belə bir tədqiqat aparılsın", - deyə fikrini yekunlaşdırıb.

TƏCİLİ! Rusiyada səfərbərlik başlayır - Azərbaycanlıları nə gözləyir?
Son xəbərlərDaha çox