Azedu.az

“Abituriyent” jurnalının 8-ci və 9-cu nömrələri nəşr edilib

Maraqlı

Müəllimlər və elm adamları

Dövlət İmtahan Mərkəzi (DİM)

4 Sentyabr 2024, 10:39
“Abituriyent” jurnalının 8-ci və 9-cu nömrələri nəşr edilib

8-ci nömrədə 2024/2025-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olmuş abituriyentlərin siyahısı, müsabiqə nəticəsində ixtisasların həm ödənişli əsaslarla olan yerləri, həm də dövlət sifarişli yerləri üzrə formalaşmış keçid balları Azərbaycan və rus dillərində təqdim olunub.

 

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. 

 

Məkrəzdən bildirilib ki, 9-cu nömrədə 2024/2025-ci tədris ili üçün Azərbaycan Respublikasının tam orta (11 illik) təhsil bazasinda orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı, ixtisaslar üzrə müsabiqə nəticəsində alınmış minimal keçid balları Azərbaycan və rus dillərində təqdim olunub.

 

Qeyd edək ki, jurnalların elektron versiyasını (pdf formatda) www.abiturient.az saytından və ya DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar. Xidmətə keçid: //eservices.dim.gov.az/ejurna

TƏCİLİ! İran Ermənistana qoşun yeridir
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox