Azedu.az

Musiqi müəllimlərinin attestasiyasının vaxtı açıqlandı

Xəbərlər

27 Noyabr 2025, 16:01
Musiqi müəllimlərinin attestasiyasının vaxtı açıqlandı

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəbləri müəllimlərinin peşə səriştə və bacarıqlarının ölçülməsi məqsədilə növbəti attestasiya 2026-cı ilin fevral ayında keçiriləcək.

AzEdu.az xəbər verir ki, bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov sosial şəbəkədə ona ünvanlanan suala cavab olaraq bildirib.

Bildirilib ki, budəfəki attestasiya regionlardakı musiqi və incəsənət məktəblərini əhatə edəcək.

Qeyd edək ki, 2025-ci il üzrə nəzərdə tutulan attestasiya prosesi iyulun 1-də başa çatıb.

Rusiyadan Azərbaycan bayrağına görə QOVULDU - ŞOK QƏRAR
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox