Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-02 12:11:00
ABŞ və İsrail UNESCO-ya "əlvida" dedi

ABŞ və İsrail rəsmən BMT-nin təhsil, elm və mədəniyyət agentliyini tərk edib. Buna səbəb UNESCO-nun anti-İsrail qərəzliliyi göstərilib.

Bu addım ABŞ tərəfindən İkinci Dünya Müharibəsindən sonra təsis edilən quruma yeni bir zərbədir.  

AzEdu.az xatırladır ki, Tramp administrasiyası və İsrailin baş naziri Benyamin Netanyahu hələ 2017-ci ilin oktyabrında UNESCO-dan çıxış barədə nota göndərmişdi.

Parisdə yerləşən təşkilat İsrail, İsrailin Şərqi Qüdsü işğal etməsi, qədim yəhudi məbədlərinin Fələstinin mirası olduğuna dair tənqidi çıxışları və Fələstinə 2011-ci ildə tam hüququlu status verdiyinə görə pislənirdi.

ABŞ təşkilatda “fundamental islahatlar” tələb edir.

UNESCO-nun Nizamnaməsi 1945-ci ildə London konfransında qəbul edilmiş, 4 noyabr 1946-cı ildə qüvvəyə minib. Hazırda dünyanın 191 ölkəsi bu təşkilatın üzvüdür.

Təşkilatın  əsas məqsədi irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq, təhsil, elm və mədəniyyət sahələri üzrə xalqların əməkdaşlığını genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə kömək etməkdir.

Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq irqi, cinsi, dil və ya dini mənsubiyyətindən asılı olmayaraq qanunvericilik və ədaləti, insanın əsas hüquq və azadlıqlarını təmin etməkdən ibarətdir. Ali orqanı sessiyaları iki ildən bir çağırılan konfransdır.