Azedu.az

Onların təhsil haqqını dövlət ödəyəcək

AzEdu Təhsil Platforması

Orta təhsil

Peşə təhsili-faydalı məlumat və xəbərlər

12 Fevral 2025, 14:02
Onların təhsil haqqını dövlət ödəyəcək

İşğaldan azad edilmiş ərazilərdə məskunlaşmış və 2025/2026, 2026/2027, 2027/2028-ci tədris illərində dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə qəbul olunmuş, habelə həmin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil almaqda olan şəxslərin təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

AzEdu.az xəbər verir ki, bu  Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

"Peşə təhsili haqqında" qanuna da uyğunlaşdırma xarakterli dəyişiklik təklif olunub.

Qanun qəbul ediləcəyi halda 2025-ci il sentyabrın 15-dən qüvvəyə minəcək.

TƏCİLİ! Ukrayna aman vermir - Rusiyaya ağır zərbələr endirilir
Son xəbərlərDaha çox