Azedu.az

Biri məktəbli olmaqla ailənin 4 üzvü dəm qazından zəhərlənib

Xəbərlər

13 Yanvar 2025, 10:55
Biri məktəbli olmaqla ailənin 4 üzvü dəm qazından zəhərlənib

Goranboyda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.

AzEdu.az xəbər verir ki, hadisə rayonun Faxralı kəndində qeydə alınıb. Kənd sakinləri - 1983-cü il təvəllüdlü Ş.Əsgərov, 1987-ci il təvəllüdlü H.Qocayeva, 2014-cü il təvəllüdlü Ç.Əsgərov və 2016-cı il təvəllüdlü Ə.Əsgərov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlara yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilib.

Məlumata görə, ailə üzvləri yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.

İranla sərhədimizdə gərginlik - Silahlar işə düşdü
Son xəbərlərDaha çox