Meksikalı aktyorlar Azərbaycan Dillər Universitetində (ADU) ispan dili üzrə təhsil alan tələbələrlə görüşüblər.
ADU-dan AzEdu.az-a bildirilib ki, tədbirdə ispan dilində musiqinin müşayiəti ilə qədim Meksika ənənələri tələbələrə nümayiş olunub. Sonda tədbir iştirakçılarına Meksika rəqsləri öyrədilib.
Görüş Meksikanın ölkəmizdəki səfirliyi ilə ADU-nun İspan Dili Mərkəzi arasındakı əməkdaşlığa əsasən keçirilib.