Azedu.az

UNEC müəlliminin məqaləsi “Scopus”da

Ali təhsil

8 Noyabr 2018, 13:44
UNEC müəlliminin məqaləsi “Scopus”da

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) beynəlxalq iqtisadiyyat kafedrasının müəllimi və universitetin nəzdində fəaliyyət göstərən UNEC Empirik Tədqiqatlar Mərkəzinin direktoru Xətai Alıyevin həmmüəllifi olduğu “Seçilmiş post-sovet ölkələrində Vaqner qanunu və Keynes hipotezinin yoxlanılması” mövzusunda tədqiqat işi “Acta Universitatis Agriculturae et Silviculturae Mendelianae Brunensis” jurnalında dərc edilib.

AzEdu.az xəbər verir ki, məqalədə zaman əsaslı (times series) verilənlərin təhlili çərçivəsində ekonometrik qiymətləndirmə metodlarından istifadə olunmaqla büdcə xərcləri və adambaşına düşən ümumi daxili məhsulun miqdarı arasında qısa və uzunmüddətli dövr əlaqəsi 9 post-sovet ölkəsi - Latviya, Litva, Estoniya, Özbəkistan, Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna və Qırğızıstan üçün qiymətləndirilib.

Tədqiqat işində əldə olunan empirik qiymətləndirmə nəticələri uzunmüddətli dövrdə Vaqner qanununun Latviya, Litva, Özbəkistan, Gürcüstan, Ukrayna və Qırğızıstanda, Keynes hipotezinin isə Estoniya, Özbəkistan, Azərbaycan, Qırğızıstan və Moldovada keçərli olduğunu göstərir. Qeyd olunan iqtisadi göstəricilər arasında güclü qısamüddətli dövr asılılığının mövcudluğu Litva və Qırğızıstandan başqa bütün ölkələrdə empirik qiymətləndirmə nəticələri ilə müəyyən olunub.

UNEC müəlliminin həmmüəllifi olduğu tədqiqat işini bu linkdən //acta.mendelu.cz/media/pdf/actaun_2018066051227.pdf oxumaq mümkündür.

Qeyd edək ki, “Acta Universitatis Agriculturae et Silviculturae Mendelianae Brunensis” jurnalının “Scopus” tərəfindən hesablanan 2016-cı il üçün impakt faktoru 0.32 –dir və Q3 kateqoriyasında yer alır.

Türkiyədən Azərbaycanla bağlı ÇAĞIRIŞ: Bunu etmək ŞƏRƏFSİZLİKDİR!
Son xəbərlərDaha çox