Azedu.az

Məktəbəhazırlıq qruplarının rus bölmələri üzrə sərbəst qəbul BAŞLAYIR

1 Avqust 2024, 10:10
Məktəbəhazırlıq qruplarının rus bölmələri üzrə sərbəst qəbul BAŞLAYIR

Məktəbəhazırlıq qruplarına elektron qəbul prosesində rus bölməsi üzrə üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinə sərbəst qəbul başlayır.

 
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AzEdu.az-a məlumat verilib.
 
 
Bildirilib ki, 1 avqust 2024-cü il saat 11:00 dan 13 sentyabr 2024-cü il tarixinə qədər uşaqların məktəbəhazırlıq qruplarına elektron qəbulu prosesində rus bölməsi üzrə üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrində boş qalan yerlərə sərbəst qəbul aparılacaq.
 
Qeyd edilən tarixdən sonra Rus bölməsi üzrə məktəb və müəllim seçimində üstünlük hüququ nəzərə alınmayacaq.
 
 
Üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinin siyahısı mektebeqebul.edu.az saytında təqdim olunub.

 

SON DƏQİQƏ! Türkiyə silkələnir-Nələr olacaq?
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox