Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov gənclərlə tövsiyələrini bölüşüb. AzEdu.az-ın məlumatına görə, rektor gənclərlə tez-tez ünsiyyətdə olduğunu, fikir mübadiləsi apardığını bildirərək, gələcəyimizin əmin əllərdə olduğuna əminliyini ifadə edib.
C.Məmmədov gənclərə aşağıdakı tövsiyələri verib:
“1. Zamanınızın qədir-qiymətini bilin. Tələbəlik dövrü bitdikdən sonra oxumağa, öyrənməyə vaxtınız daha az olacaq.
2. Müəllimlərinizin dəyərini bilin, bəhrələnin, hər zaman yanınızda olmayacqlar.
3. Şəxsi keyfiyyətləriniz üzərində işləyin, mənfi cəhətlərinizlə vidalaşın.
4. Səbirli olun. Uğurlu yolun ən vacib elementlərindən biri səbirdir.