Azedu.az

Universitetdə “Beyin idarəsi və insan davranışı” mövzusunda seminar

Ali təhsil

1 Noyabr 2018, 21:19
Universitetdə “Beyin idarəsi və insan davranışı” mövzusunda seminar

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Beyin idarəsi və insan davranışı” mövzusunda seminar keçirilib. Universitetdən AzEdu.az-a verilən məlumata görə, tələbələrin iştirak etdikləri tədbirdə “Orkhanway Coaching” şirkətinin rəhbəri, Beynəlxalq Əmək Təşkilatının biznes təlimçisi Orxan Şahbaz mövzu ilə bağlı fikirlərini bölüşüb.

 

Seminarda “Beyin həyatımıza, yoxsa həyat beynimizə təsir göstərir”, “Toplumda hansı davranış qaydaları var”, “Beyin hissələri davranışımıza necə təsir göstərir” və digər mövzularda geniş müzakirələr aparılıb.

Türkiyədən Azərbaycanla bağlı ÇAĞIRIŞ: Bunu etmək ŞƏRƏFSİZLİKDİR!
Son xəbərlərDaha çox