Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-18 14:46:44
Daha bir məktəblimiz uğur qazanıb

Bakı şəhəri 1 nömrəli məktəbin XI sinif şagirdi, ABŞ-nin ən nüfuzlu universitetlərinə qəbul və təqaüd hüququ qazanan Gülnur Ağakişiyeva daha bir uğura imza atıb.


AzEdu.az 
xəbər verir ki, o, ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə təşkil edilən “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibi olub.


Müsabiqə Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Elm və Təhsil Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilib.

 

Müsabiqənin mükafatlandırma tədbirində Baş nazirin müavini Əli Əhmədov, elm və təhsil naziri Emin Əmrullayev, mədəniyyət naziri Adil Kərimli, gənclər və idman naziri Fərid Qayıbov, Dövlət Statistika Komitəsinin sədri, YAP-ın sədr müavini Tahir Budaqov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova, Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurası sədrinin müavini Namiq Babayev, millət vəkilləri, ali təhsil müəssisələrinin rəhbərləri və digər qonaqlar iştirak ediblər.

 

G.Ağakişiyeva müsabiqənin birinci dərəcəli diplomuna layiq görülüb.

 

Qeyd edək ki, Gülnur Ağakişiyeva Birləşmiş Ştatların "Illinois Urbana- Champaign" Universiteti, Purdue Universiteti, Virginia Tech Universiteti və Penn Dövlət Universitetindən qəbul qazanıb.


Məktəbli bununla bərabər, Corc Vaşinqton Universitetindən 15 000 dollar, Fordham Universitetindən isə illik 25 000 dollar dəyərində təqaüd əldə edib. O, həm də Kanadanın British Columbia Universitetindən 20 000 Kanada dolları məbləğində qranta layiq görülüb.


Məktəbli hələ digər nüfuzlu universitetlərin qəbul nəticələrinin açıqlanmasını gözləyir.

Məktəb psixoloqonun stolüstü
kitabı
Bağçalarla bağlı zəruri vəsait
ÇOX OXUNANLAR
SORĞU
"İlin gənc müəllimi"nin qalibi olaraq kimi görürsünüz?
Səs ver
FACEBOOK