Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-17 14:53:45
Bağçalara sənəd qəbulu müvəqqəti dayandırılır
2024-2025-ci tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına hazırlıq ilə əlaqədar olaraq 21 may 2024-cü il tarixindən etibarən qəbul sistemi (bq.edu.az) üzrə növbələrin yaradılmasına fasilə veriləcək.
 
Bu barədə AzEdu.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
 
Bildirilib ki, eyni zamanda 30 may 2024-cü il tarixində qəbul sistemi üzrə təsdiqlənməmiş sorğular silinəcək və 31 may 2024-cü il tarixindən isə qəbul sisteminə giriş məhdudlaşıdırılacaq.
 
Qeyd edək ki, qəbul sistemi vasitəsilə növbəti tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə qəbul ilə bağlı geniş məlumat yaxın zamanda ictimaiyyətə təqdim ediləcək.