Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-31 09:52:00
Uşaqlarda həm psixoloji sarsıntı, həm də əyləncə yaradan "Halloween" - Qorxu diyarından video

31 oktyabr  İngilis dilində “Halloween adlanan balqabaqlar bayramıdır.

Balqabaqlar "Halloween"nin əsas atributlarından biri hesab olunur. İnsanlar bu gün balqabaqların içini ovub, içərisinə şam qoyurlar.

Sözügedən bayram müasir Böyük Britaniya və İrlandiya ərazisində yaşayan Keltlərin adətləri əsasında formalaşıb. Əsasən ABŞ, Böyük Britaniya, İrlandiya, Rusiya, eyni zamanda, Asiya qitəsi və bir çox dünya ölkələrində təntənəli şəkildə qeyd olunur.

"Halloween”ni digər bayramlardan fərqləndirən əsas əlamət isə həmin gün insanların bir-birindən maraqlı, qeyri-adi qiyafələr geyinməklə bir yerə toplaşmasıdır. Bəziləri düşünür ki, həmin gün "o dünya" və bu dünya arasındakı darvazalar açılır. İnsanlar ölmüş yaxınları ilə birlikdə dünyaya gəlmək istəyən ziyanverici ruhları qorxutmaq üçün iyrənc makiyajlar edir, qorxuducu qiyafələr geyinirlər.

AzEdu.az "Halloween" haqqında videonu təqdim edir: