Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-06 14:02:00
Azərbaycan Universitetinin şəhid məzunları...- TANIYAQ

Vətən müharibəsində qanları ilə tarix yazaraq şəhidlik zirvəsinə ucalanlar arasında Azərbaycan Universitetlərinin onlarla tələbə və məzunları da var.

 

AzEdu.az Təhsil Portalı şəhid olan tələbə və məzunlar barədə universitetlərdən məlumat alacaq.

 

Azərbaycan Universitetinin (AU) mətbuat katibi Lalə Dilanova bildirib ki, ali təhsil ocağının 4 şəhid məzunu var:

 

“Fəxrəddin Qurbanlı, Əli Nəcəfov, Mirsüleyman Süleymanov, Rəşad Nadirov şəhid olan məzunlarımızdır”.

 

Universitet şəhid məzunları barədə ətraflı məlumat verib:

 

Fəxrəddin Seyfəddin oğlu Qurbanlı- Apel şəhidi

2015-ci ildə Azərbaycan Universitetindən Sosial iş ixtisası üzrə məzun olmuşdur. 2016-cı il aprel ayının ilk günlərində təmas xəttinin Tərtər istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən şəhid olmuşdur. Ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilmişdir.  

 

Əli Seyran oğlu Nəcəfov- Vətən müharibəsi şəhidi

2020-ci ildə Azərbaycan Universitetindən Maliyyə ixtisası üzrə məzun olmuşdur. 2020-ci il oktyabrın 20-də Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı şəhid olmuşdur. Ölümündən sonra “Vətən uğrunda”medalı ilə təltif edilmişdir.

 

Mirsüleyman Aydın oğlu Süleymanov- Vətən müharibəsi şəhidi

2015-2019-cu illərdə Azərbaycan Universitetində Riyaziyyat ixtisası üzrə təhsil almışdır. 2020-ci il oktyabrın 17-də Ağdərə istiqamətində gedən döyüşlər zamanı şəhid olmuşdur. Ölümündən sonra “Vətən Uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.

 

Rəşad Nadim oğlu Nadirov- Vətən müharibəsi şəhidi

2016-2018-ci illərdə Azərbaycan Universitetində Sosial iş ixtisası üzrə təhsil almışdır. 2020-ci il oktyabrın 29-da Füzuli rayonunun Gecəgözlü kəndi istiqamətində gedən döyüşlər zamanı şəhid olmuşdur. Ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

 

Qeyd edilib ki, universitetdə şəhid məzun və tələbələrin xatirə lövhəsi yaradılıb:

Xatirə lövhəsində şəhidlərin hər birinin fotoşəkili yerləşdirilib, həmçinin şəhidlər haqqında məlumat verilib.2016-cı ildə Aprel şəhidi Fəxrəddin Qurbanlının xatirəsinin əbədiləşdirilməsi məqsədilə “Şəhid Fəxrəddin Qurbanlı adına Təqaüd” təsis olunub. Təqaüd 2016/2017-ci tədris ilindən başlayaraq birinci tədris ilinin birinci semestrində universitetə ən yüksək balla qəbul olmuş tələbəyə verilir. Təqaüdün ümumi məbləği 500 manat təşkil edir.2018-ci ildə Aprel döyüşlərinin 2-ci ildönümündə isə şəhidin xatirəsinə həsr olunmuş “Şəhidlər ölmür” xatirə kitabı nəşr olunub. Kitabda şəhid haqqında bioqrafik məlumat, müəllim və tələbə yoldaşlarının xatirələri ilə yanaşı, universitetin magistrantı Reyhan Mənəfovanın Fəxrəddin Qurbanlıya həsr etdiyi “Vətən qartalı” şeiri və fotoları yer alıb.2021-ci ildə 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz tarixi zəfərin 1-ci ildönümündə şəhid tələbə və məzunlarımız – Əli Nəcəfov, Mirsüleyman Süleymanov və Rəşad Nadirovun xatirəsinə həsr olunmuş “Şəhidlər ölmür” adlı kitabça nəşr edilib. Azərbaycan Universitetinin rektoru Səadət Əliyevanın önsözü ilə başlayan kitabçada Vətən müharibəsi şəhidləri haqqında bioqrafik məlumat, müəllim və tələbə yoldaşlarının xatirələri və yerləşdirilib.Universitetdə anım tədbirləri təşkil olunur.Universitet xaricində keçirilən anım tədbirlərində şəhidlər  təmsil olunur”.