Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-03 15:15:17
Hansı ixtisas qruplarında keçid balları qalxa bilər? - PROQNOZ

Dünən Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən buraxılış imtahanının cavabları açıqlandı. Müşahidələr onu göstərir ki, ötən illərə nəzərən bu il yüksək bal toplayan abituriyentlər say çoxluğu təşkil edir.

 

Maraqlıdır,bu keçid ballarına nə dərəcədə təsir edəcək?

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, qruplar üzrə balların qalxıb-enməsi barədə qəbul imtahanlarından sonra proqnoz verə bilərik:

 

“Abituriyentlər blok imtahanından hələ imtahan verməyib. Hazırda əlimizdə real statistika yoxdur. Buraxılış imtahanından 14 nəfərin maksimum 300 bal yığması balların qalxması demək deyil. Amma ümumilikdə vəziyyət aydındır. Balların bir çox ixtisaslarda enməsi düşünülmür. Sadəcə 300-400 və yaxud 1 və 2-ci qruplarda 250-300 arası ballarda qalxmalar daha çox olacaq. Təbii ki, bunlar sadəcə fərziyədir. Tam dəqiq ehtimalları blok imtahanından sonra bilinəcək”, -  deyə qeyd edib.