Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-18 15:05:00
Süni intellekt: Məktəblərdə bu fənnin tədrisi məcburi olmalıdır

“Uşaqlar kompüteri, telefonu, oyun və əyləncə üçün yox tədris üçün istifadə edib öz oyununu, əyləncə platformasını, süni zəka botlarını qura bilərlər”

 

Bu sözləri AzEdu.az-a açıqlama verən Tedroid Media Groupun qurucu və həmtəsisçisi Tariyel Ağazadə deyib.

 

 Açıklama yok.

O vurğulayıb ki, süni intellekti öyrənmək və bilmək vacibdir:

 

“Süni intellektin məktəblərdə tədris olunmasından əvvəl, şagirdlərə ilkin yaşlardan veb tərtibatçılıq öyrədilməlidir. Ən azı 5-ci sinifdən başlayaraq  şagirdlər bunu öyrənməli və bilməlidirlər. Hazırda veb tərtibatçılıq inkişaf etmiş ölkələrdə tədris prosesində istifadə edilir. Buraya Finlandiya, Estoniya, İzrail və s. kimi ölkələrin adını çəkə bilərik. Artıq şagirdlər proqramçılıq və dərin texnoloji mövzuları öyrənirlər. Əslində süni zəka adlandırdığımız məqam da məhz proqramçılıqdan başlayır. Proqramçılığı bilmədiyimiz halda süni zəkanı yarada bilmək ehtimalımız yoxdur”.

 

Tariyel Ağazadə qeyd edib ki, proqramçılıq və süni intellekt mövzusunda ayrıca bir fənn olmalıdır:

 

“Bu fənnin tədrisi məcburi olmalıdır. Uşaqlar da kompüteri, telefonu, oyun və əyləncə üçün yox tədris üçün istifadə edib öz oyununu, əyləncə platformasını, süni zəka botlarını qura bilərlər”.