Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-05 13:05:57
PROQNOZ: Buraxılış imtahanlarında maksimum nəticələr gözlənilir

Ötən gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən buraxılış imtahanı keçirilib və ilk dəfə abituriyentlərə sual kitabçaları təqdim olunub.

 

Maraqlıdır, keçirilən buraxılış imtahanında maksimum nəticə göstərən abituriyentlər çoxluq təşkil edə biləcəkmi?

 

Məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndiyev qeyd edib ki, abituriyentlərə suallar və mövzular olduqca tanış idi:

 

“Bu il təşkil olunan buraxılış imtahanı demək olar ki, əvvəlki illərlə müqayisədə olduqca sivil formada həyata keçirilib. İstər sualların formatı, istərsə də mövzular abituriyentlərə olduqca tanış idi. Demək olar ki, namizədlər tərəfindən imtahanla bağlı irad bildirilmədi. Təsadüfi halda olan narazılıqlardan biri Azərbaycan dilində mətnin həcminin böyüklüyü ilə bağlı oldu.

 

Halbuki ötən il mətnin həcmi bundan da böyük idi. Ona görə də tutarlı tənqid olunacaq iradlar yoxdur. Abituriyentlər imtahan suallarını cavablandırmaqla bağlı bir o qədər də çətinlik çəkməyiblər. Bir çox abituriyentin ingilis dilindən daha yaxşı nəticə əldə edəcəkləri gözlənilir. Düzdür, bu esse deyil, amma ən azından fikirlərini cümlə şəkildə yazıblar. Bu bir yenilik idi və onuda rahat formada yaza biliblər. Təbii ki, söhbət daha ciddi hazırlaşan abituriyentlərdən gedir”.

 

Ekspertin fikrincə builki abituriyentlərin nəticəsi daha yaxşı olacaq:

 

“Ümumilikdə əvvəlki illirlə müqayisədə bu il abituriyentlərin nəticələrinin daha yaxşı olacağı gözlənilir. Çünki onlar daha normal hazırlıq mühitində dərs keçiblər. Şagirdlər müəyyən məhdudiyyətlər çərçivəsində deyil, tam hazır vəziyyətdə imtahanlarda iştirak edə biliblər. Yəni normal şəkildə hazırlaşdıqları üçün bu da öz növbəsində abituriyentin imtahan nəticələrinə təsir edir.

Ümumiyyətlə bu imtahandan maksimal nəticə göstərən abituriyentlərin olması mümkündür. Hətta ümumi imtahanda 100 mindən yuxarı abituriyentin iştirakı gözlənilir. Düşünürəm ki, bir neçə abituriyent daha yüksək nəticə əldə edə bilər”, - deyə fikrini yekunlaşdırıb.