Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-22 11:15:00
Sertifikasiya: “Kifayət qədər müəllim kəsiləcək” - PROQNOZ

“Xarici dil müəllimlərinin sertifikasiya qaydalarında dəyişiklik etmək lazımdır. Onların tədris etdiyi metodika ilə bağlı esse yazısı və ya müsahibə mərhələsi tədris olunan xarici dil üzrə təşkil olunmalıdır”.

 

Bu sözləri AzEdu.az -a açıqlama verən təhsil eksperti Elşən Qafarov deyib.

 

bildirib ki, xarici dil müəllimlərinin böyük bir hissəsi tədris etdiyi xarici dil fənnindən ünsiyyət qura bilmir:

 

“Düşünürəm ki, riyaziyyat müəllimləri  kifayət qədər aktiv dərs  keçir və bu  müəllimlərin  böyük əksəriyyəti sertifikasiyadan uğurla keçəcək. Amma xarici dil müəllimlərində ciddi problem var. Çünki ölkədə olan xarici dil müəllimlərinin böyük bir hissəsi tədris etdiyi  fəndən ünsiyyət qura bilmir. Təklif edərdim ki, bu fənn üzrə müsahibə məhz xarici dil üzrə keçirilsin. Yəni müəllim hansı dili tədris edirsə, müsahibədə həmin dildə təşkil olunsun. Ünsiyyət bacarığı olmayan müəllimlərin sertifikasiyadan keçməsini doğru saymıram. Proqnozuma əsasən deyə bilərəm ki, Xarici dil müəllimləri arasında kifayət qədər sertifikasiyadan keçə bilməyənlər olacaq”.

 

Təhsil eksperti qeyd edib ki, sertifikasiyadan kəsilən xarici dil müəllimləri növbəti 1 il ərzində tədris etdiyi dildə ünsiyyət bacarıqlarını öyrənsələr, ondan sonra artıq 2-ci şans imtahanından keçə bilərlər:

 

“İbtidai sinif müəllimlərindən 743 nəfəri təkrar sertifikasiyadan keçə bilmədilər və onların əmək müqaviləsinə xitam verildi. Ən yaxşı halda sertifikasiyadan kəsilmiş  xarici dil müəllimlərinə bunun iki misli qədər ola bilər. Çünki xarici dillə bağlı problem kifayət qədər ciddidir”.