Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-21 11:35:00
Deputat:“Universitetdə Türkiyə və Azərbaycan müəllimləri birgə işləyəcək”

Ötən günlərdə Türkiyə-Azərbaycan Universitetinin yaradılması barədə anlaşma memorandumu imzalandı.

 

Maraqlıdır, yaradılacaq universitet qardaş ölkə ilə diplomatik münasibətlərə necə təsir edəcək?  

 

Mövzu ilə əlaqədar Millət vəkili Musa Qasımlı AzEdu.az-a danışıb.

 

Millət vəkili bildirib ki, universitetin yaradılması Azərbaycan və Türkiyənin təhsil əməkdaşlığına tövhə verəcək:

 

“Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair sazişin imzalanması tarixi əhəmiyyətli hadisədir. İlk növbədə ona görə ki,təhsil tariximizdə birinci dəfə ortaq universitet yaradılır. Universitetin yaradılması təhsildə yeni keyfiyyət mərhələsi açacaq. Bu ali təhsil ocağında müxtəlif ixtisaslar, o cümlədən yeni texnologiyalar üzrə mütəxəssislərin hazırlanması hər iki ölkəyə fayda verəcək. Müasir texnologiyaları tətbiq edə bilməyən, ona yiyələnməyən xalqlar indiki dövrdə amansız rəqabətdə geri qala bilərlər”.

 

“Türkiyə və Azərbaycan müəllimləri birgə işləyəcək”, -deyə M.Qasımlı qeyd edib:

 

“Universitetdə hər iki ölkədən müəllimlərin, alimlərin bir yerdə işləməsi elmi əməkdaşlığa da müsbət təsir edəcək. O cümlədən, tədrisdə ortaq dərsliklər, dərs vəsaitləri, monoqrafiyalar, elmi məqalələr yazılacaq, ortaq tədris proqramları tərtib ediləcək”.