Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-20 10:39:42
“Örnək müəllim” Beynəlxalq Ana Dili Gününə həsr olunmuş xüsusi dərs keçirib

"Azərbaycan dili və ədəbiyyatı aylığı" çərçivəsində xüsusi dərs keçirilib.

 

AzEdu.az xəbər verir ki, “Örnək müəllim” "Azərbaycan dili və ədəbiyyatı aylığı" çərçivəsində Emin Əliyev adına 234 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi - Kəmalə Əliyeva 7b sinfində 21 Fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş xüsusi dərs keçirib. 

 

Dinlənilən şagird təqdimatlarında, eləcə də sinfin bu əlamətdar günlə bağlı olan divar qəzetində bu günün yaranma tarixi, mahiyyəti, ana dilinin əhəmiyyəti haqqında məlumat verilib.