Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-03 15:00:00
DİM-də 1600-dən çox namizəd qeydiyyatdan keçib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB altqruplarına uyğun olan vəzifələr üzrə fevralın 18-də Bakıda və Naxçıvanda keçiriləcək test imtahanına qeydiyyat davam edir.

 

 

AzEdu.az xəbər verir ki, bu gün saat 14:40-a kimi imtahanda iştirak etmək üçün Bakı üzrə 1439, Naxçıvan üzrə 180 nəfər qeydiyyatdan keçib.

 

 

Qeydiyyat fevralın 6-sı saat 11:00-dək aparılacaq. Bakıda namizədlər üçün 3000, Naxçıvanda isə 500 yer ayrılıb.

 

 

Qeyd edək ki, əlavə məlumat (imtahan binası) imtahandan 5 gün əvvəl DİM-in saytına yerləşdiriləcək “İmtahana buraxılış vərəqəsi”ndə qeyd olunacaq.