Azedu.az

Dövlət qulluğu imtahanı üçün buraxılış vərəqəsi verilir

Dövlət İmtahan Mərkəzi

23 Oktyabr 2018, 10:31
Dövlət qulluğu imtahanı üçün buraxılış vərəqəsi verilir

İnzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə 28 oktyabrda keçiriləcək test imtahanında iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

DİM-dən AzEdu.az-a verilən məlumatına görə, buraxılış vərəqəsini çap etmək üçün //eservices.dim.gov.az/brxvdq/ linkinə daxil olmaq lazımdır.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

Sərhədimizdə yeni gərginlik - Müharibə hazırlığı başladı
Son xəbərlərDaha çox