Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-23 10:00:00
Nazir müşaviri: l və ll ixtisas qrupunu seçən qızlar çox azdır

"Qızlarımızı texnoloji elmlərə daha çox yönəltsək gələcəkdə bərabərliyə nail ola bilərik"

 

AzEdu.az xəbər verir ki, bu sözləri Elm və Təhsil nazirinin müşaviri Nicat Məmmədli öz feysbuk hesabında paylaşıb.

 

Paylaşımı təqdim edirik.

 

Bu il iqtisadiyyat üzrə Nobel mükafatı almış Claudia Goldin əsas tədqiqatlarını qadınların iqtisadiyyatda, xüsusilə də əmək bazarında yeri ilə bağlı mövzulara həsr edib. O, qeyd edir ki, qadınlarla kişilər arasında əmək haqqı bərabərsizliyi azalsa da, hələ də problem aktual olaraq qalır. Bunun əsas səbəblərindən biri müasir əmək bazarında elastik iş rejiminin olmamasıdır. Qadınlar uşaqlara və böyükllərə baxdıqları üçün nisbətən elastik və daha az maaş verən işlərdə çalışmağa məcbur olurlar. Lakin texnologiyanın inkişafı bu vəziyyəti dəyişə bilər. Məsələn, hal-hazırda bir çox kompüter elmləri mütəxəssisləri (xüsusilə, proqramçılar) kənardan rahat işləyə bilirlər. Burda da problem ondan ibarətdir ki, formalaşmış stereotiplərə görə qadınlar bu sahəyə çox az gedir. Bu, ölkəmizdə də belədir. Azərbaycanda 1-ci qrupa sənəd verənlərin yalnız 34%-ni, 2-ci qrupa sənəd verənlərin isə yalnız 37%-ni qızlar təşkil edir.

 

Məsələnin paradoksal tərəfi ondan ibarətdir ki, qəbul imtahanının 1-ci mərhələsinin nəticələrinə görə qızlar riyaziyyat imtahanlarında oğlanlardan daha yaxşı nəticə göstərir. Kompüter elmləri üçün isə ən vacib fənn riyaziyyatdır.