Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Veysəloğlu Şirkətlər Qrupu arasında əməkdaşlıq memorandumu imzalanıb.
Bu barədə UNEC-dən AzEdu.az-a məlumat verilib.
Bildirilib ki, UNEC rektoru professor Ədalət Muradov və Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi Aydın Talıbov arasında imzalanan memoranduma əsasən, hər iki qurum tələbələrin pərakəndəçilik, gündəlik istehlak məhsulları (FMCG) sahəsində bilik və bacarıqlarının artırılması, bu sahədə mütəxəssislərin yetişdirilməsi istiqamətində birgə fəaliyyət göstərəcəklər. Eyni zamanda UNEC-in tələbə və məzunlarının şirkətlər qrupunda istehsalat təcrübəsi keçmələri üçün şərait yaradılacaq, “Veysəloğlu”nun rəhbər şəxsləri tələbələrə satış, pərakəndə və FMCG biznes sahəsi üzrə praktiki dərslər keçəcəklər. Memorandumda Veysəloğlu Şirkətlər Qrupu tərəfindən UNEC-də pərakəndə, logistika, FMCG, biznes sahəsi üzrə elmi araşdırmaların maliyyələşdirilməsi və kitab çapı da nəzərdə tutulub.
Qeyd edək ki, yeni tədris ilindən başlayaraq, “Veysəloğlu” fəaliyyət göstərdiyi sahədə yüksək ixtisaslı kadrların yetişməsinə dəstək məqsədilə UNEC ilə əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində şirkətdə rəhbər vəzifəsində çalışan şəxslər “Satışın idarəolunması” mövzusunda öz bilik və təcrübələrini tələbələrlə bölüşməyə davam edirlər.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)