Bakı Ekspo Mərkəzində start götürmüş XII Azərbaycan beynəlxalq təhsil sərgisi çərçivəsində UNEC stendi ziyarətçilərin xüsusi marağına səbəb olub.
AzEdu.az xəbər verir ki, Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, təhsil naziri Ceyhun Bayramov və nazir müavini Məhəbbət Vəliyeva UNEC stendinin xüsusi ziyarətçiləri olublar.
Xüsusi qonaqlara məlumat verilib ki, ekspozisiyada UNEC-in təqdim etdiyi mübadilə proqramları, UNEC-də təhsil alaraq xarici ölkələrin nüfuzlu ali məktəblərinin diplomlarını almaq imkanları, əlavə təqaüd fürsətləri, UDİD və digər faydalı məlumatlar əks olunub.
Gün ərzində ali təhsil imkanları ilə maraqlanaraq UNEC stendinə yaxınlaşan ziyarətçilərin sualları cavablandırılıb.