Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-30 11:44:11
UNEC-in qalib olduğu qrant layihəsinin təqdimatı keçirilib

UNEC-də “Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişaf istiqaməti kimi rəqəmsal təhsil məhsullarının (resurslarının) reallaşdırılması” adlı qrant layihəsinin müzakirəsi keçirilib.

 

Azedu.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin (EFTİE) direktoru professor Zahid Məmmədov Qrant müsabiqəsi barədə geniş məlumat verərək, bu cür layihələrin elmin inkişafına xüsusi töhfə verəcəyini bildirib.

 

Tədbirdə Texnologiya transfer şöbəsinin müdiri Vəkil İbrahimov təqvim planı üzrə layihənin icra olunduğunu və yekun hesabatın donora təqdim edildiyini bildirib.

  

Layihə rəhbəri dos. Afaq Hüseyn qrantın məqsədi, həyata keçirilən araşdırmanın istiqaməti və nəticələri barədə məlumat verərək, bildirib ki, layihədə rəqəmsal təhsil məhsullarının satış həcminin ÜDM-ə və müəlliflərin gəlirlərinə təsirini müəyyən etmək vəzifə kimi qarşıya qoyulub. A.Hüseyn qeyd edib ki, layihə ilə bağlı Scopus bazasına daxil olan jurnallarda 2 elmi məqalənin çapa qəbul olunması, e-ders.az saytı isə rəqəmsal təhsil məhsullarının alqı, satqı və mübadiləsinin onlayn həyata keçirilmə mexanizmi kimi təqdim edilib.

Tədbirin sonunda iştirakçılara e-ders.az saytına dair video çarx göstərilərək, suallar cavablandırılıb.