Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-29 15:06:16
BMU - da növbəti seminar keçirilib

Bakı Mühəndislik Universitetinin (BMU) tərəfdaş olduğu İTACA adlı Erasmus+ KA2 layihəsi çərçivəsində “Azərbaycanda ətraf mühitin bərpası” mövzusunda seminar keçirilib.

 

Bu barədə universitetdən AzEdu.az-a məlumat verilib.

 

BMU-nun Xarici əlaqələr və layihələrin idarəolunması şöbəsinin müdiri Nərmin Ələkbərovanın, universitetin Kimya mühəndisliyi və Sənaye mühəndisliyi kafedralarının müəllim-tələbə heyətinin iştirak etdiyi seminarda layihə çərçivəsində aparılan tədqiqat işlərindən bəhs edilib. Azərbaycanda neft və qaz sənayesinin fəaliyyəti nəticəsində yaranmış mövcud ekoloji problemlərin həllinə dəstək olmaq məqsədinə xidmət edən layihə çərçivəsində BMU-nun adıçəkilən kafedrasının müəllim-tələbə heyəti müvafiq tədqiqatlar həyata keçiriblər.

 

Seminarda “Azərbaycanda ətraf mühitin bərpası” istiqamətində digər elmi-tədqiqat institutları tərəfindən də həyata keçirilən bütün tədqiqatlara nəzər salınıb, geniş fikir mübadiləsi aparılıb.

 

Qeyd edək ki, Bakı Ali Neft Məktəbinin ev sahibliyi etdiyi seminarın açılışında layihənin koordinatoru, professor Luca di Palmanın başçılıq etdiyi heyət, Azərbaycandakı Milli Erasmus Ofisinin və ölkəmizdə layihənin tərəfdaş olduğu ali təhsil müəssisələrinin nümayəndələri iştirak edib.