Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-13 17:37:00
Xarici dil müəllimlərindən beynəlxalq sertifikatlar tələb olunur - Alqışlandı

 

 Xarici dil biliyinə malik olmaq hazırki dövrümüz üçün olduqca əhəmiyyətli məsələ olduğundan onların tədrisini həyata keçirən şəxslərin də dövrə uyğun meyarlar cavab verməsi mühüm məsələdir. Bu mənada Azərbaycanın bəzi universitelərində əcnəbi dil müəllimlərindən bakalavr və magistr diplomu ilə bərabər beynəlxalq sertifikat da tələb olunur.

 

Beynəlxalq sertifikata ehtiyac duyulması universitet və magistr təhsilinin kifayət olmaması və ya dövrün tələblərinə cavab verə bilməməsi kimi sual doğuran məqamları ortaya çıxarır.

 

Mövzu ilə bağlı düşüncələrini Azedu.az-a bölüşən sabiq millət vəkili, təhsil eksperti Sona Əliyeva universitetlərin bu qərarını dəstəklədiyini bildirir:

 No description available.

“Beynəlxalq sertifikatlarda hər hansı bir saxtakarlıq mümkün olmadığı, konkret bilik və bacarığa əsaslandığı üçün bu qərarı doğru hesab edirəm. Bizim universitetlər isə əcnəbi dil müəllimlərinə o səviyyədə təhsil verə bilmədiyi üçün, görünür, çıxış yolunu belə bir qərarı verməkdə görüblər. Azərbaycanda beynəlxalq səviyyəli təhsil verilmədiyi üçün bəzi ixtisaslarda belə sertifikatlara ehtiyac var. Bu nöqteyi nəzərdən əcnəbi dil müəllimlər üçün irəli sürülən bu tələbi dəstəkləyirəm”.

 

Ekspert onu da diqqətə çatdırıb ki, beynəlxalq sertifikat imtahanları kifayət qədər çətindir. Uğur qazanmaq bilik və səriştə tələb edir. Əsaslı şəkildə dil biliyi olmazsa, sertifikat əldə etmək mümkün olmaz:

 

“Universitetlərimiz bir-birilə rəqabət halındadır və bu rəqabət ən yaxşı mütəxəssisləri tədrisə cəlb etməyi tələb edir. Təbii ki, layiqli və ədalətli qərarvermə olsa, universitetlər bürokratik əngəllərə, “qohumbazlıq” kimi məsələlərə yer verməsələr, elmin inkişafı labüd olar. Çünki ölkəmizdə savadlı, elmi sahələrin inkişafına can atan ziyalılarımız var. Düşünürəm ki, onlar üçün yetəri qədər şərait formalaşarsa, ziyalılarımız da xarüqələr yaradar”.