Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-02 12:40:00
Ən yaxşı universitetlərə qəbul olunanların uğur hekayələri - VİDEO

Bildiyiniz kimi, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na 2023-2024-cü tədris ilinə dair sənəd qəbulu üzrə ilkin nəticələr müəyyən olunub. Müsabiqənin ilkin nəticələrinə əsasən, ümumilikdə 134 nəfər Dövlət Proqramına qəbul olub.

 

AzEdu.az  xəbər verir ki, təqaüd qazanan gənclər sırasında 6 nəfər "University College London", 3 nəfər "Harvard University", 1 nəfər "Massachusetts Institute of Technology", 2 nəfər "ETH Zurich", 2 nəfər "Imperial College London", 3 nəfər "Columbia University", 1 nəfər isə "Stanford University" kimi nüfuzlu ali təhsil müəssisələrindən qəbul alıb.

 

Həmin gənclərdən bir neçəsi Təhsil TV-nin “Təməl” proqramında qonaq olub və öz uğur hekayələrini bölüşüblər.