Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-03 18:03:00
Yeni ixtisaslara əmək bazarında tələbat varmı...

Bu il Bakıdakı bəzi universitetlərdə yeni ixtisaslar açılıb.

 

Məsələn, Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev 2023/2024-cü tədris ilində bu ali təhsil ocağında balkanistika ixtisasının açılacağını bildirib.

 

Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarında da 9 yeni ixtisas və ixtisaslaşma açılacaq. SABAH qruplarında bakalavriat səviyyəsində mövcud 9 ixtisasdan əlavə 3 yeni ixtisasa (Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, Biotexnologiya, Torpaqşünaslıq və aqrokimya) qəbul elan olunub.

 

Bəs yeni ixtisasların açılması bizim əmək bazarımıza nə dərəcədə təsir edir? Həmin ixtisaslar kifayət qədər lazımlıdırmı? Daha hansı sahələrin tədrisinə yer verilməlidir?

 

Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi AzEdu.az-a açıqlamasında bildirib ki, məhz SABAH qruplarında təhsil alanlar üçün iş imkanlarının daha əlçatan olacağı gözlənilir:

 

“Bilirsiniz ki, bizim Balkan ölkələri ilə iqtisadi, eləcə də siyasi əlaqələrimiz var. Bubaxımdan ixtisaslı kadrların olması vacibdir. BDU-dakı yeni ixtisaslara gəlincə isə biotexnika dövrün tələbidir, digər ixtisaslar da kənd təsərrüfatı üzrə vacibdir. Bunun paralelində digər universitetlərdə də yeni ixtisaslar açılır. Əsasən də informasiya texnologiyaları (İT) sahəsinə yer verilir. Bu da onu deməyə əsas verir ki, sırf bu sahələr üzrə ixtisaslaşmış kadrlara ehtiyac var. Əlbəttə, istərdik ki, bu sahələr üzrə təhsil alan gənclərimiz üçün ali məktəbi bitirdikdən sonra iş imkanları daha əlçatan olsun. Ümid edirəm ki, məhz SABAH qruplarında təhsil alanlar üçün bu məsələ daha uğurlu olacaq. Abituriyentlər də öz növbəsində əmək bazarını araşdırıb ehtiyac olan sahə üzrə ixtisaslaşmağa önəm verməlidirlər”.