Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-23 15:27:00
MİQ imtahanları çətindir, yoxsa sertifikasiya?..

Məlum olduğu kimi, iyun ayının 20-dən etibarən müəllimlərin sertifikatlaşdırılması prosesinə start verilib. Sertifikasiya imtahanlarında yüksək bal toplayan müəllimlər heç də az deyil.

 

Təhsil işçilərini gözləyən bir digər sınaq isə müəllimlərin işə qəbulu (MİQ) imtahanlarıdır.

 

Bəzi təhsil ekspertləri sertifikasiyadan yüksək nəticələrin çoxluq təşkil etməsini sualların asan olması ilə əlaqələndirir.

 

Əvəzində MİQ imtahanlarıda sualların çətin olmasından şikayət edilir.

 

Sözügedən mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi MİQ  imtahanlarının sertifikasiyaya görə daha çətin olduğunu təsdiqləyib. O, bu il də MİQ imtahanları suallarının çətin olacağını proqnazlaşdırıb:

 

“Müəllimlərin işə qəbulu imtahanları ilə sertifikasiya arasıda təbii ki, fərq var. Həm ümumi bal, həm də tapşırıqların müvafiq olaraq çətinlik səviyyəsi sertifikasiyaya nəzərən bir qədər fərqlidir. Bu baxımdan, hazırda sertifikasiya imtahanlarından yüksək nəticə əldə edən müllimlər varsa, MİQ imtahanlarında da yüksək nəticələr gözləyirik. Lakin sertifikasiya imtahalarında paylaşılan yüksək nəticələrə də aldanmamalıyıq. Bu prosesin yalnız görünən tərəfidir. Statistika baxımından 100-200 nəfər yaxşı nəticə göstərib deyə, imtahanların əla keçdiyini söyləyə bilmərik. Tam imtahan prosesi bitdikdən sonra nəticələri görəcək, vəziyyətin pis və ya yaxşı olduğunu biləcəyik.

 

Eskpert MİQ imtahanlarının daha çətin olacağını vurğulasa da, yüksək nəticələrin də çox olacağını bildirib:

 

“Bəli, müəllimlərin işə qəbulu imtahanı sertifikasiyaya nəzərən daha çətindir. Lakin bu imtahanlarda da yüksək nəticə gözləyirik. Çünki namizədlər müvafiq dövr ərzində sözügedən imtahanlara hazırlaşırlar. Məsələn, sertifikasiya imtahanı verən müəllimlər yalnız 1 ay qabaqcadan imtahanın nə zaman olacağı barədə məlumatlı odular. Lakin MİQ imtahanlarını hamı bilir iyul və avqust aylarında keçirilir. Və iştirakçılar kifayət qədər yaxşı hazırlaşa bilirlər. Ona görə proqnoz verə bilərik ki, MİQ imtahanlarında da yüksək nəticələr çox olacaq”.