Azedu.az

Bakıda şagirdlər dalaşdılar - İki məktəbli bıçaqlandı

2 İyun 2023, 08:45
Bakıda şagirdlər dalaşdılar - İki məktəbli bıçaqlandı

Bakının Sabunçu rayonunda yeniyetmələr arasında dava düşüb və iki nəfər xəsarət alıb.

AzEdu.az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə Sabunçu rayonunun İvan Anaşkin küçəsində qeydə alınıb.

2007-ci il təvəllüdlü Novruzov Yusif Xaqani oğlu və 2001-ci il təvəllüdlü Kənan Mustafayev bıçaq xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, bıçaqlanan hər iki şəxs Sabunçu rayonu ərazisində yerləşən məktəblərdən birinin şagirdləridir.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox