Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-30 11:30:00
Ağır məktəbli çantalarından qurtulmağın yolu

Qazaxıstanda orta məktəb dərsliklərinin rəqəmsallaşdırılması prosesi sürətlə davam edir.

AzEdu.az saytı Qazaxıstan Təhsil Nazirliyinə istinadən xəbər verir ki, nazir hökumətin iclasında çıxışı zamanı bu haqda danışıb:

“2024-cü ildə orta məktəb fənlərinin rəqəmsal dərsliklərlə 100% əhatə olunması planlaşdırılır. Uşaqların məktəb fənlərini öyrənməyə marağını artırmaq üçün rəqəmsal məzmuna virtual laboratoriyalar və oyunlaşdırma elementləri də daxil edilib”.

Onun sözlərinə görə, hazırda dərsliklərin 79 faizi rəqəmsallaşdırılıb, onlar dövlət nəzarətindən keçirilib və nazirliyin rəsmi siyahısına salınıb.

“Rəqəmsal dərsliklərin hazırlanması ilə ölkənin 11 nəşriyyatı məşğul olur. Fənlərin tədrisində innovativ metodların tətbiqi məqsədilə müəllimlər tərəfindən istifadə üçün metodiki tövsiyələr hazırlanıb və onların cari ildə tədrisi nəzərdə tutulub”, - deyə nazir qeyd edib.

Bir müddət əvvəl ölkə prezidenti Qasım-Jomart Tokayev ağır məktəbli çantalarıının probleminin həlli ilə bağlı göstəriş vermişdi.

“Uşaqların dərslikləri içində olan iri və ağır bel çantalarını daşımağa məcbur edilməsi ilə bağlı da çoxlu şikayətlər var. Bu, təbii ki, uşaqların sağlamlığına mənfi təsir göstərir. Ona görə də tədris materiallarının rəqəmsal formata keçirilməsinin sürətləndirilməsini zəruri hesab edirəm. Söhbət bütün tədris prosesinin maksimum rəqəmsallaşdırılmasından gedir”, - prezident İslahatlar üzrə Ali Şuranın iclasında qeyd etmişdi.