Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-29 10:19:00
İdman oğlan uşaqlarının davranışını yaxşılaşdırır

İdman bölməsindəki dərslər məktəbəqədər və aşağı sinifdə oxuyan uşaqlara emosional problemlərin öhdəsindən gəlməyə və özünü idarə etməyi öyrənməyə kömək edir.

AzEdu.az xəbər verir ki, Dublin Universitet Kollecinin tədqiqatçıları bu barədə apardıqları araşdırmanı The Journal of Pediatrics jurnalında dərc etdiriblər.

Məqalədə 11.00-dən artıq irlandiyalı oğlan və qız haqqında məlumat təhlil edilib. Bütün uşaqların valideynləri onların bir, üç və beş yaşı olanda davranışı, psixoloji xüsusiyyətləri, həmyaşıdları ilə münasibətləri və hər hansı bir idman növü ilə məşğul olub-olmamamalarıı barədə məlumat veriblər.

Toplanmış məlumatların təhlili göstərib ki, futbol, reqbi, basketbol və ya digər idman növləri ilə məşğul olan uşaqlar idmanla məşğul olmayan həmyaşıdlarına nisbətən daha yaxşı davranış nümayiş etdirirlər.

Eyni zamanda, idmanın qızların davranışlarına heç bir şəkildə təsir göstərmədiyi ortaya çıxıb. Alimlərin fikrincə, bu, qızların davranışlarını idarə etmək qabiliyyətini oğlanlara nisbətən daha tez inkişaf etdirməsi ilə əlaqədar ola bilər. Oğlanlarda davranış problemlərinin qızlara nisbətən daha qabarıq olduğunu nəzərə alsaq, oğlanlar evdən kənarda, həmyaşıdları ilə birlikdə məşqçinin rəhbərlik etdiyi strukturlaşdırılmış idman fəaliyyətlərində müntəzəm iştirakdan daha çox faydalanırlar. Tədqiqatçıların fikrincə, bu cür fəaliyyətlər onlara hisslərini idarə etməyi və davranışlarını tənzimləməyi öyrənməyə kömək edir.