Azedu.az

UNEC-də İT sahələri üzrə əmək sərgisi keçirilib

Ali təhsil

Maraqlı

15 May 2023, 16:38
UNEC-də İT sahələri üzrə əmək sərgisi keçirilib

UNEC Karyera Mərkəzinin, Rəqəmsal İqtisadiyyat fakültəsinin və UNEC-in Tələbə Həmkərlar İttifaqı Təşkilatının birgə təşkilatçılığı ilə İT sahələri üzrə əmək sərgisi baş tutub. 

 

AzEdu.az xəbər verir ki, UNEC və "Coders Azerbaijan" akademiyası arasında imzalanan Memorandumun fəailiyyət istiqamətləri çərçivəsində UNEC-in 3 saylı tədris binasında keçirilən əmək sərgisində İT İxtisaslarını üzrə 8 fərqli istiqamət haqqında stendlər qurulub.

 

Stendlərdə Frontend, Backend, DevOps, Mobile App, Data Science, İT Business Analyst, UI/UX, Kibertəhlükəsizlik ixtisalar üçün tələb olunan bilik və bacarıqlar, statistik məlumatlar, təcrübə proqramları və vakant iş yerləri haqqında məlumatlar təqdim olunub. "Coders Azerbaijan"-ın müəllim-mentor heyəti hər bir istiqamət üzrə tələbələrin suallarını cavablandıraraq, müraciət edənlərin qeydiyyatını aparıblar.

 

Qeyd edək ki, əməkdaşlıq çərçivəsində akademiyanın UNEC tələbələri üçün təşkil etdiyi xidmətlər ödənişsizdir.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox