Azedu.az

AzTU tələbələri üçün fərdi konsultasiya keçirilib

Ali təhsil

Maraqlı

15 May 2023, 11:06
AzTU tələbələri üçün fərdi konsultasiya keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) Karyera və Məşğulluq Mərkəzi və Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının birgə təşkilatçılığı ilə AzTU tələbələri üçün ekspres karyera konsultasiya xidməti həyata keçirilib.

 

AzEdu.az xəbər verir ki, Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının mütəxəssisi Nərgiz Bayramova fərdi konsultasiyalardan yararlanan tələbələri karyera planlaması, əmək bazarı, rezüme (CV) və istək məktubun hazırlanması, iş müsahibələrinə hazırlıq, iş həyatında diqqət edilməli məqamlar, tələb və təklif arasındakı uyğunluq barədə məlumatlandırıb.

 

Gün ərzində davam edən xidmət zamanı tələbələri maraqlandıran suallar cavablandırılıb.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox