Azedu.az

For Azerbaijan 20 tələbənin təhsil haqqını ödəyib

Ali təhsil

Maraqlı

1 May 2023, 16:13
For Azerbaijan 20 tələbənin təhsil haqqını ödəyib

Müxtəlif ölkələrdə uğurlu karyera qurmuş həmvətənlərimizin yaratdıqları For Azerbaijan Beynəlxalq Xeyriyyə təşkilatının daha bir uğurlu layihəsi başa çatıb.

 

AzEdu.az xəbər verir ki, bu dəfə təşkilatın xətti ilə 373 soydaşımız tərəfindən ianə edilmiş 13257 dollarla 20 xanım tələbənin təhsil haqqı ödənilib.

 

“Bir xanımın təhsil alması gələcəkdə həm savadlı bir qadın, həm də dünyagörüşlü bir ana deməkdir. İanə edən hər kəsə təşəkkürümüzü bildiririk”. Bunu For Azerbaijan təşkilatının Layihələr üzrə direktoru Elnur Kələntərov sosial şəbkə hesabında bildirib.

 

Xatırladaq ki, təşkilat Azərbaycanda bir sıra dövlət və özəl qurumlarının iştirakı müxtəlif layihələr həyata keçirib. İlk belə layihə 2021-ci ildə şəhid övladları üçün “Qaliblər düşərgəsi” olub.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox