Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-01 15:41:00
DİM-in mayda keçirəcəyi imtahanların SİYAHISI

Dövlət İmtahan Mərkəzi (DİM) may ayında növbəti imtahanlar keçirəcək.

 

AzEdu.az may ayında DİM tərəfindən keçiriləcək imtahanların siyahısını təqdim edir.

 

7 may:

- Azərbaycan dili imtahanı (dövlət dili kimi, 9 və 11-ci sinif, cari və əvvəlki illərin məzunları üçün (1-ci cəhd));

 

- Peşəkar mühasib sertifikatı imtahanı (I mərhələ).

 

14 may:

- Əvvəlki illərin məzunları üçün 9 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;

 

- Kolleclərin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı (9 illik);

 

- Müsabiqədə buraxılış imtahanında verdiyi dildən (bölmədən) fərqli bölmə üzrə iştirak etmək istəyənlər üçün əlavə imtahan (9 illik);

 

- Aprel ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış imtahanı;

 

- Eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanı (9 illik);

 

- Rezidentura səviyyəsinə qəbul imtahanı (1-ci mərhələ, I cəhd);

 

- Dövlət qulluğu vəzifələri (A növü) üzrə test imtahanı;

 

- Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçiriləcək test imtahanı.

 

16 may:

- Musiqi ədəbiyyatı fənni üzrə elektron sınaq imtahanı. 

 

20 və 21 may:

- Qəbul imtahanı – III ixtisas qrupu üzrə (1-ci cəhd);

 

- Qəbul imtahanı– II ixtisas qrupu üzrə (1-ci cəhd);

 

- III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan.

 

25 may:


- Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün tеst imtаhаnı.

 

27 may:

- Harmoniya və solfecio, musiqi nəzəriyyəsi və solfecio fənləri üzrə sınaq imtahanı.