Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-28 10:27:00
Repetitorluğun qarşısını almağın yolu TƏKLİF EDİLDİ

“Repetitorluğun bu qədər geniş vüsət almasının qarşısına sədd çəkmək üçün atılacaq ilk addım 10-11-ci siniflərin tədris proqramlarının dəyişdirilməsi ola bilər”.

AzEdu.az xəbər verir ki, bu fikirləri təhsil eksperti, “Hədəf” Şirkətlər Qrupunun rəhbəri Şəmil Sadıq bildirib.

Onun sözlərinə görə, 10-11-ci sinuf fənn kurikulumlarında heç bir yeni mövzu salmadan sadəcə 5-9-cu siniflərdə keçirilənlərin intensiv təkrarı yer alarsa, sırf repetitorluq prorqramı kimi, məktəb rəhbərliyi də buna ciddi nəzarət edərsə, əksəriyyət şagird repetitor yanına getmək ehtiyacı duymaz.

“Əgər bu iş dügün tənzimlənərsə, repetitorluq yüzdə əlli azalar. Dediyim kimi, məhz o dərslərə məktəbin təcrübəli müəllimləri girərsə. Əslində, 12 illik təhsil sisteminə keçid bunun daha sistemli təşkili deməkdir, əgər bu keçid belə çətindirsə, o zaman ən yaxşı yol budur. Çünki 10-11-ci siniflərdə əksər fənnin proqramı yenidir, təkrar son aylara düşür ki, heç bir müəllim ona verilən dərs saatına görə 5-11-ci sinif proqramını yetişdirə bilməz!
Hə, ondan sonra da repetitorluq olacaq, çünki mənimsəmədə çətinlik çəkən şagirdlər hökmən olacaq ki, bu da təbiidir. Yox, əgər repetitorluğun paralel təhsil kimi, kölgə təhsili kimi davam etməsini istəyənlər, maraqlı olanlar varsa, bu başqa məsələ”.


Distant təhsilin tədrisi daha çətindir – Şəmil Sadiq ilə MÜSAHİBƏ

Şəmil Sadıq deyir ki, onun təklifini ikicə il sınaqdan keçirsələr, nəticəni görəcəklər:

“İkicə il sınaqdan keçirsələr, nəticə olmasa, deməli, mən təhsildən xəbərsiz adamam. 
Bu, iki vur iki qədər sadədir! Bütün ümumi proqramı 5-9-cu siniflərdə çox sadə və asan yolla toplamaq mümkündür! İkinci bir tərəfdən də, Elm və Təhsil Nazirliyi şagirdlərin mənafeyini qorumaq naminə Dövlət İmtahan Mərkəzinə ciddi şəkildə təsir etməli, proqramlarına, test modellərinə, dərsliklərinə nəzarət etməli və ya birgə işləməlidirlər. Son buraxılış imtahanında səhv riyaziyyat sualına Elm və Təhsil Nazirliyinin mütəxəssisləri də münasibət bildirməli, ədalətli həllini istəməli idi! Amma və lakin, bildirilmədi! Niyəsini mən də bilmirəm!..”.