Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-26 16:53:00
“İlk Prezident təqaüdçüləri” - I qrupda ən çox bal toplayan tələbə - VİDEO

Dövlət İmtahan Mərkəzi (DİM) Elm və Təhsil Nazirliyi ilə birgə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunmasına uyğun olaraq “İlk Prezident təqaüdçüləri” layihəsində növbəti videotəqdimat edib.



Qeyd edək ki, layihə çərçivəsində 2001 və 2002-ci illərdə Prezident təqaüdünə layiq görülmüş şəxslər ulu öndər Heydər Əliyevlə keçirilən görüş barədə danışır, həmin görüşün təhsil və karyeralarındakı rolundan bəhs edirlər.



AzEdu.az-ın məlumatına görə, DİM-in budəfəki təqdimatı “BP Caspian Sea” şirkətində quyular sahəsinin rəhbəri Afiq Əliyar oğlu Həbibovla bağlıdır.



Qeyd edək ki, Afiq Həbibov o vaxt təqaüdçülər arasında I qrup üzrə ən yüksək bal toplayan tələbə olub. O, 671.25 bal toplayaraq Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat ixtisasına qəbul olunmuşdu.



Videonu təqdim edirik: