Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-25 16:51:00
Tələbələrin futzal yarışının finalçıları müəyyənləşib

Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş futzal turnirinin yarımfinal mərhələsi yekunlaşıb. 


 
AzEdu.az xəbər verir ki, yarımfinal oyunlarının nəticələrinə əsasən, Gəncə Dövlət Universiteti və Bakı Dövlət Universiteti 3-cü yer uğrunda mübarizə aparacaq.

Finalda isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti iqarşılaşacaq.

Oyunlar mayın 3-də Bakı idman sarayında keçiriləcək. 


 
Yarışlarda I, II, III yerləri tutan komandalar diplom, kubok və qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Çempionatda fərqlənən 3 tələbə-futbolçu isə “Ən yaxşı qapıçı”, “Ən məhsuldar oyunçu”, “Ən gənc oyunçu” nominasiyaları üzrə xüsusi mükafatla təltif olunacaq. 


 
Qeyd edək ki, çempionatın keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin irsinin aşılanması, yerli ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzal idman növünün kütləviliyinin təmin edilməsi, beynəlxalq yarışlarda iştirak üçün respublikanın tələbələrdən ibarət yığma komandasına namizədlərin müəyyənləşdirilməsidir. Bununla yanaşı, ölkənin yeniyetmə, gənclərdən ibarət yığma komandalarına perspektivli tələbələrin seçiminin təminatı, ən güclü futzal komandasının müəyyən edilməsi, beynəlxalq turnirlərdə iştirak edəcək komandaların təyini və tələbələr arasında dostluq əlaqələrinin yaradılması da məqsədlər sırasındadır.