Azedu.az

"Vaxtın düzgün idarəolunması" mövzusunda vebinar keçiriləcək

Dövlət İmtahan Mərkəzi

17 Aprel 2023, 09:37

Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən "Vaxtın düzgün idarəolunması" mövzusunda vebinarın keçirilməsi nəzərdə tutulub. Vebinarda vaxtın düzgün idarəolunma qaydaları, vaxt itkisinin səbəbləri və prokrastinasiya haqqında danışılacaq.

 

AzEdu.az xəbər verir ki, vebinar 20 aprel saat 17:00-da “Zoom” platforması vasitəsilə ödənişsiz keçiriləcək və “e-psixoloq.az”ın “Instagram” səhifəsində canlı yayımlanacaq.

 

Vebinarın linki həmin gün vebinardan bir neçə saat öncə qeydiyyat zamanı təqdim olunan elektron poçt ünvanına göndəriləcək.

 

Qeydiyyat linki: //e-psixoloq.az/#banner

ŞOK video yayıldı! İran Xudafərini nişan aldı - Sensasion iddia
Son xəbərlərDaha çox