Azedu.az

DİM: 14 nəfər TOEFL iBT imtahanı verib

Dövlət İmtahan Mərkəzi

12 Aprel 2023, 14:52
DİM: 14 nəfər TOEFL iBT imtahanı verib

Aprelin 12-də Dövlət İmtahan Mərkəzində (DİM) TOEFL iBT imtahanı keçirilib.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, imtahanda 14 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

 

Növbəti TOEFL iBT imtahanının aprelin 15-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumat DİM-in saytinda yerləşdirilib.

Rusiya ŞOK HÜCUM - Əhali təxliyyə olunur, dağıntılar var
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox