Azedu.az

AzMİU-da “Heydər Əliyev İli”nə dair seminarlar təşkil olunub

Ali təhsil

Maraqlı

10 Aprel 2023, 11:42
AzMİU-da “Heydər Əliyev İli”nə dair seminarlar təşkil olunub

Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının tərəfdaşlığı, Azərbaycan Memarlıq və İnşaat Universiteti Tələbə Gənclər Təşkikatı (AzMİU TGT) və İctimai fənlər kafedrasının təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar İnşaat, Nəqliyyat və Tikinti İqtisadiyyat fakültələrində Heydər Əliyevə həsr olunmuş seminarlar keçirilib.

 

AzEdu.az xəbər verir ki, bu barədə Azərbaycan Memarlıq və İnşaat Universiteti PR və Media bölməsinin rəhbəri Nicat Abdullayev məlumat verib.

 

Bildirilib ki, ümumilikdə 250-ə yaxın tələbəni əhatə edən seminarlarda əsas məqsəd ümummilli lider Heydər Əliyev irsini müxtəlif istiqamətlərdə tələbələrə çatdırmaq olub.

 

Qeyd edək ki, 2023-cü il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən “Heydər Əliyev İli” elan edilib.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox